İsrail hökuməti fələstinlilərin qətlini dəstəkləyən xaxama mükafat verir

13:32 05.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail hökuməti yəhudi olmayanların, xüsusilə də fələstinlilərin öldürülməsinin günah olmadığını deyən yəhudi xaxam (ruhani) Yitzçak Ginsburqu "Tövrat və Alimlik" mükafatının veriləcəyini bildirib.

Hafta.az yazır ki, xəbərə əsasən mükafatı İsrailin təhsil nazirliyi verəcək. Xəbərdə o da qeyd olunur ki, Ginsburq Əl-Xəlil Məscidi qətliamını (Haram əl İbrahim) ən güclü dəstəkçisi kimi ad çıxarıb və belə bir adamın hökumət tərfindən mükafatlandırılması insani normalara sığmır.

Bu yerdə nəzərə çatdıraq ki, Ginsburqun mükafatlandırılması tədbirində təhsil naziri Rafi Peretzlə yanaşı nəqliyyat naziri Yisrael Katzın da iştirak edəcəyi bildirilir.

1994-cü il fevralın 25-də baş verən və tarixə Əl-Xəlil Məscidi (Haram əl-İbrahim) qətliamı olaraq düşən hücumda 29 fələstinli şəhid olmuş, 150-dən artıq adam isə yaralanmışdı. Ginsburq isə İsraili müdafiə etmək məqsədilə həmin qırğının baş verməsində elə həlak olan fələstinliləri günahlandırmışdı.