İsrail qüvvələri son altı ayda 2759 fələstinlini həps edib

15:33 17.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin ilk yarısında İsrail təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən 446-sı uşaq, 76 nəfəri qadın olmaqla ümumilikdə 2759 fələstinlini həps edilib. 

Hafta.az yazır ki, bu haqda Məhkumların İşləri üzrə Komissiya, Fələstinli Məhkumlar Dərnəyi və Fələstində fəaliyyət göstərən insan haqları təşkilatı "Addameer" birgə açıqlama ilə çıxış ediblər. Açıqlamada əlavə olunur ki, eyni zamanda, 30 iyun 2030-cu il tarixinədək 43-ü qadın və 220-si uşaq olmaqla toplam 5500 fələstinli məhkum İsrail həpsxanalarında qalacaq. 

Fələstinli Məhkumlar Dərnəyi təxminən 500 nəfərin ittiham irəli sürülmədən və ya məhkəmə keçirilmədən həpsə atıldığını, 7 nəfərin qanunsuz saxlanıldığını bildirərək aclıq aksiyası keçirdiyini bildirib.

Yeri gəlmişkən, onlar artıq 7 gündür aclıq edirlər. 

"Middle East Monitor" yazır ki, İsrail tərəfi aclıq edən həmin 7 nəfərin ailə həm üzvləri və digər insanlarla görüşməsinə, həm də başqa həpsxanalara köçürülməsinə qadağa qoyub.