Fransızlar Əfqanıstandan gedir

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
ƏFQANISTANI 200 fransalı hərbçi tərk edib. Bu, Fransa prezidenti Nikola Sarkozinin hərbi kontingenti Əfqanıstandan çıxarmaqla bağlı qərarı çərçivəsində baş verir. Qərara əsasən, daha 200 fransız hərbçi Yeni il ərəfəsində vətənə dönəcək. 2012-ci ildə isə 600 hərbçinin Əfqanıstanı tərk etməsi planlaşdırılır. Xatırladaq ki, NATO komandanlığı altında Əfqanıstanda xidmət aparan beynəlxalq qüvvələrin 2014-cü ildə oranı tamamilə tərk etməsi nəzərdə tutulub.


Oxunma sayı 137