İstirahət mərkəzi yandı

13:34 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astara rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Şahağac kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 250 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Bitişik anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.