İstixanada narkotik yetişdirən şəxs saxlanılıb

18:53 28.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Maştağa qəsəbə sakininin həyətində narkotik maddələr aşkar edilib.

Hafta.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Cavadovun həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb.

Oxunma sayı 1237