İsveç azərbaycanlıları Azərbaycan Ordusuna dəstək yürüşü keçirdi

11:15 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğalçı Ermənistanın dövlət sərhədində növbəti təxribatına etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə İsveçdə yaşayan azərbaycanlılar yürüş təşkil olunub.

Bu barədə hafta.az-a məlumat verən İsveç Azərbaycan Birliyinin sədri Sevda Dadaşova deyib ki, İsveç azərbaycanlıları Azərbaycan bayraqlarını dalğalandırmaqla paytaxt Stokholmdakı Ermənistan səfirliyi önünə yürüş ediblər:

“Bu geçə İsveçdə yaşayan azərbaycanlılar Ermənistanın təcavüzkar siyasətinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş edərək Stokholmu yatmağa qoymadılar, İsveç ictimiyyətini baş verənlərlə bağlı məlumatlandırdılar. Yürüş iştirakçıları erməni səfirliyinin qarşısında Azərbaycan himnini oxudular. Aksiya zamanı “Qarabağ Azərbaycandır!” deyərək səsimizi bütün Stokholma duyurduq”.

Sevda Dadaşova deyib ki, xüsusilə İsveçdəki azərbaycanlı gənclər aksiya zamanı fəal olublar:

“Şəhidlərimizin qanının yerdə qalmayacağını gənclərimizin ruhunda gördüm və buna təkrar əmin oldum”.

Sevda Dadaşova aksiyaya qatılan hər bir soydaşımıza dərin təşəkkürünü bildirib və bundan sonra da xaricidə yaşayan azərbaycanlı olaraq ölkəmizin haqq səsinin İsveç ictimaiyyətinə, dünyaya çatdırmaq üçün əllərindın gələni əsirgəməyəcəklərini vurğulayıb:

“Yürüşə qatılan hər bir soydaşımıza, qardaşıma halal olsun, var olun deyirəm. Vətən etibarlı və qüvənli əllərdədir və Qarabağ mütləq öz doğma sahiblərinə tez zamanda qaytarılaçaq”.

Oxunma sayı 1943