İsveçrə Dövlət Şurasının prezidenti Qadın Resurs Mərkəzində olub

14:28 10.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi çərçivəsində İsveçrə Dövlət Şurasının prezidenti Jan Rene Furnier Xəzər rayon Qadın Resurs Mərkəzinə baş çəkib.

Hafta.az yazır ki, layihə İsveçrənin İnkişaf Əməkdaşlığının maliyyə dəstəyi ilə Azərbaycan hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu tərəfindən birgə həyata keçirilir.

Tədbirdə öncə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açılış nitqi söyləyib. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İsveçrə Dövlət Şurasının prezidenti Jan Rene Furnier və BMTİP-in Azərbaycan ofisinin rezident nümayəndəsi Alessandro Frakasetti öz fikirlərini səsləndiriblər.

Tədbirdə iştirak edən İsveçrənin ölkəmizdəki səfiri xanım Muriel Peneveyre də qadınların ictimai və iqtisadi həyatda fəal iştirakı üçün geniş imkanların yaradılmasının vacibliyinə toxunub. Daha sonra layihənin rəhbəri Gülarə Hümbətova Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi çərçivəsində Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlərdən söz açıb. Səfər zamanı qonaqlar İsveçrə hökumətinin maliyyələşdirdiyi bu layihənin dəstəyi ilə sahibkarlıq fəaliyyətinə başlayan qadın sahibkarların istehsal etdiyi məhsullarını nümayiş etdirən stendləri ziyarət ediblər.

Siyasət rubrikasından digər xəbərlər