İtaliya A Seriyası növbəti dəfə təxirə salınır

22:11 29.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliya A Seriyasının oyunları koronavirus pandemiyasına görə mayın 3-dək təxirə salınmışdı. Lakin bu tarix də təxirə salınır.

Hafta.az xəbər verir ki, İtaliyanın İdman Nazirliyi liqaların bərpa müddətini uzatmaq üçün hökumətə müraciət edəcək. Bildirilir ki, A Seriyasını mayın 3-də başlatmaq real plan deyil.

Xatırladaq ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. Turnir cədvəlinə 26 turdan sonra 63 xalla "Yuventus" başçılıq edir.