İtaliya səfiri tələbələri gələn il festivalda iştirak etməyə səsləyib

12:58 31.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Memarlıq və İnşaat Universitetində XIX İtalyan dili həftəsinin sonuncu tədbiri olan Bakıda Milan Design Film Festivalının (MDFF) ilk buraxılışının açılışı keçirilib.

Hafta.az yazır ki, açılış mərasimində iştirak edən İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari səfirliklə adıçəkilən universiteti birləşdirən xüsusi əlaqədən söz açıb. Diplomat buna nümunə olaraq, Farnesina tərəfindən birgə maliyyələşdirilən italyan dili kurslarının fəaliyyətə başladığını söyləyib. Səfir A.Massari gənc tələbələrə müraciət edərək gələn il onları festivalda öz işləri ilə təmsil olunmağa səsləyib və universitetin daha da mükəmməlləşərək bölgədə istinad nöqtəsinə çevrilməsini arzu edib.