RƏSMİ

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığında deyilir: “Ananız Tənzilə Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm“. Qeyd edək ki, Ərdoğanın anası Tənzilə Ərdoğan oktyabrın 7-də 83 yaşında vəfat edib.
***
Prezident İlham Əliyev Rusiyanın baş naziri Vladimir Putinə zəng edib. Dövlət başçısı İ. Əliyev V. Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. V. Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib. İlham Əliyev və Vladimir Putin Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.