İtaliyada meteoritin düşmə anı - Video

21:00 18.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Sardiniya adasının Torre Qrande bölgəsinə meteorit düşüb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, meteoritin düşmə anı avtomobillərdən birindəki kamera tərəfindən qeydə alınıb.

Göy cisminin düşməsi nəticəsində gecə saatlarında səma anidən aydınlanıb.

İtaliya mediası meteoritin dənizə düşdüyünü, hadisənin İspaniya və Fransanın bəzi bölgələrində də göründüyünü yazıb.