İtaliyanın mədəni və qastronomik irsi Bakı restoranlarına zövq gətirəcək

11:10 14.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 18-dən 24-dək, Conegliano və Valdobbiadene Prosecco təpələri Ümumdünya İrs Siyahısına daxil edilməsindən bir neçə ay sonra, İtaliyanın mədəni və qastronomik irsi üçün bu ili uğur ili olaraq qeyd ediləcək.

Hafta.az yazır ki, həftə boyu Bakıdakı ən yaxşı italyan restoranları bütün müştərilərinə xüsusi menyular təqdim edəcək, şəhərin ən nüfuzlu satış mərkəzlərində bir sıra yemək bişirmə şouları ilə İtaliya mətbəxinin və italyan bacarıqlarının ən yaxşıları ictimaiyyətə və kulinariya mütəxəssislərinə təqdim ediləcək. Aşpazlar Karlo Kracco, Nikola Batavia və Anna Maria Palma, yüksək səviyyədə təşkil edilmiş üç axşam qonaqları və Bakının ən yaxşı otellərinin (JW Marriott Absheron və Hyatt Regency Hotel) müştərilərinin zövqünü oxşayacaq.

Noyabrın 21-də, Bakıda dəniz sahilində yenidən qurulmuş Milan Expo 2015-in Azərbaycan pavilyonunda, Bakıdakı İtaliya Səfirliyi, ICE Ticarət Agentliyinin birgə təşkilatçılığı və ENIT, Heydər Əliyev Fondu və Aqrar Tədarük və Təchizat dövlət agentliyinin dəstəyi ilə keyfiyyətli kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və ərazilərin dəyərləndirilməsi mövzularında yüksək səviyyəli bir seminar təşkil ediləcək. Seminar ərzaq və kənd təsərrüfatı sahəsində olan italyan təcrübəsi ilə Azərbaycan hökumətinin kəndin inkişafı və iqtisadi şaxələndirmə sahələrində təsis etdiyi inkişaf qaydaları arasında mövcud və potensial əməkdaşlıqların işıqlandırılmasına xidmət göstərəcək.

Noyabrın 23-ü, Centergross Bologna və Emilia-Romagnanın qida, şərab və moda sektorunda ən yaxşı markalar ilə birlikdə təşkil edilən Dreamland Golf Klub-da möhtəşəm final qala gecəsi olacaq.