İtkin düşən ana və qızı tapıldı

12:10 07.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda itkin düşən ana və azyaşlı övladı tapılıb.

Hafta.az xəbər verir ki, Nizami rayonu, rayonun N.Abdullayev küçəsi, ev 14-də yaşayan Həsənov Radil Qənbər oğlu Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənova Məleykə Adil qızı və azyaşlı qızı Həsənova Gülay Radil qızı oktyabrın 5-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənova və azyaşlı qızı tapılaraq ailəsinə təhvil verilib.