İxtisas seçimi edən abituriyentlərin sayını açıqlandı

13:05 19.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həftəsonu ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq. 

Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiq olunub.

2467 ərizə isə yadda saxlanılsa, da hələlik təsdiq edilməyib.

İxtisas seçiminin sonuna 1 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

Oxunma sayı 1648