İyirmi ildə 60 min neft quyusu alan investor

13:49 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qərbi Virciniyada orta gəlirli ailədə böyüyən Rusty Hutsonun həyatı bank karyerasını sonlandıraraq neft quyularına investisiya yatırmağa başladıqdan sonra dəyişib.
ABŞ-ın Qərbi Virciniya əyalətinin qaz və neft yataqları ilə məşhur bölgəsində anadan olan R.Hutson atası, babası və atasının babası həyatlarını enerji sektorunda çalışmaqla davam etdiriblər. R.Hutson isə orta məktəb və universitet illərində yay aylarında atası ilə birgə işə gedərdi. 1991-ci ildə Hutson ailəsinin universiteti bitirən ilk üzvü olan Rusty həyatında fərqli bir iş görmək qərarına gəlir. Fairmont Dövlət Universitetinin mühasibatlıq ixtisasını bitirən Rusty gələcək illərdə uğurlu karyera əldə edib. Lakin illər keçdikcə atasının yolundan getmək fikri onu düşündürürdü.
“Qərbi Virciniyada iki növ insan var – kömür və neft-qaz işçiləri. Bu, nəsildən-nəslə ötürülən bir işdir, atanız və babanız nə iş görübsə, siz də onu edərsiniz”, - deyə Rusty bildirir.
2001-ci ildə, Rusty 32 yaşında evini girov qoymaqla 250 min dollar dəyərində köhnə bir neft quyusunu alır. Bu gün isə onun şirkəti – “Diversified Gas & Oil”in Amerikanın müxtəlif yerlərində 60 mindən çox neft-qaz quyusu var. Şirkətdə 925 nəfər işləyir və illik gəlir 500 milyon dollardır.
Şirkətin iş modeli isə digər şirkətlərdən çox fərqlidir. “Diversified Gas & Oil” heç vaxt neft kəşfiyyatı və ya hasilat işləri görmür. Bunun əvəzinə böyük istehsalçıların işlətmədiyi köhnə neft və qaz quyularını alır.
“Böyük şirkətlər istəməsələr də, bu quyuların daha 50 il ömrü var”, - deyə Rusty əlavə edir.
Onun sözlərinə görə, “Diversified Gas & Oil” son illərdə Amerika şist qazının inkişafından böyük fayda əldə edib. Bu sektora yönələn digər şirkətlər köhnə quyuların çoxunu satmağa qərar verib.
“Diversified Gas & Oil” hazırda London birjasının əsas bazarına doğru irəliləyir. “Cenkos Securities” enerji sənayesi üzrə analitiki James McCormacın fikrincə, “Diversified Gas & Oil”in aşağı qiymətli və uzunömürlü neft quyularını almaq strategiyası unikal bir modeldir.
Şirkətin uzunmüddətli planı isə istehsal müddətini başa vurmuş quyuların əvəzinə yeni neft quyuları almaqla işlərini başqa bölgələrdə də davam etdirməkdir.

Oxunma sayı 208