Abdulla Gül prezident seçkilərində namizəd olacaq

11:24 03.08.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin sabiq prezidenti Abdulla Gül 2023-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

 

Hafta.az-ın məlumatına görə, bu məsələni A.Gül özü təsdiq etməsə də, təkzib də etməyib.

Qeyd edək ki, A.Gül Türkiyənin 11-ci prezidenti olub. O, 2007-2014-cü illərdə bu vəzifəni icra edib.