ABŞ-da atışma - 10 ölü, 16 yaralı

12:55 04.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) atışma baş verib.

Hafta.az-ın məlumatına görə, baş verən atışma nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb.

Bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Atəş açan şəxs öldürülüb. Atışma nəticəsində daha 9 nəfər həlak olub, azı 16 nəfər isə yaralanıb və xəstəxanaya müraciət edib".