ABŞ-da sərgi zamanı baş verən təyyarə qəzasında yeddi nəfər ölüb

15:55 03.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da II Dünya müharibəsi dövründən qalan B-17 tipli bombardmançı təyyarəsinin sərgidə qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.

İnsident Konnektikut ştatında yerləşən Bredli beynəlxalq aeroportunda qeydə alınıb.

Bombardmançı havaya qalxdıqdan bir neçə dəqiqə sonra buz qatının təmizlənməsi üçün istifadə olunan obyektə çırpılıb. Qəza zamanı təyyarənin göyərtəsində 10 sərnişin və üç ekipaj üzvü olub. Onlardan yeddisi həyatını itirib, altısı isə xəsarət alıb.

Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura qəzanın səbəblərinin təhqiqatı üçün hadisənin baş verdiyi rayona mütəxəssislər qrupu göndərib.