ABŞ daha iki erməni şirkətini qara siyahısına saldı

11:32 14.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ticarət Nazirliyi Ermənistanın İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutu Qapalı Səhmdar Cəmiyyəti və "Markel" Qapalı Səhmdar Cəmiyyətini öz qara siyahısına salıb.

Hafta.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin saytında yer alıb. Məlumata görə, İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutunun bu siyahıya düşməsinə səbəb QSC-nin ABŞ Təhlükəsizlik və Sənaye Bürosunun kommersiya nəzarəti siyahısında olan malları lazımi lisenziyalar olmadan reeksport etməsi olub. Digər tərəfdən Vaşinqton hər iki QSC-nin icraçı direktorunun ABŞ sanksiyaları altında olan İran təşkilatları ilə bizneslə məşğul olduğu bildirilib.

Nazirlik sanksiyaların çərşənbə günündən qüvvəyə mindiyini vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər