ABŞ Federal Təhqiqatlar Bürosu Ermənistanda fəallaşdı

15:48 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları xeyli müddətdir ki, Ermənistanda fəal işləyirlər.

Bu barədə Ermənistanın “Jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, FBI ABŞ-a daimi yaşayış üçün köçən və bahalı əmlaka sahib olan, ABŞ-a investisiya qoyan Ermənistan vətəndaşlarının işlərini araşdırır.

FBI əməkdaşları həmin şəxslərin maliyyə mənbələri ilə maraqlanır.

Nəşrin mənbələri bildiriblər ki, yaxın zamanlarda bununla bağlı ifşalar olacaq.