ABŞ-ın Azərbaycan icmasının nümayəndələri Xalq şairi Ramiz Rövşənlə görüşüblər - FOTO

11:38 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində müasir fəlsəfi şerimizin görkəmli nümayəndəsi, Xalq şairi Ramiz Rövşənlə virtual görüş keçirilib. Ticarət Palatasının Vaşinqton şəhərində yerləşən inzibati binasında baş tutan görüşə paytaxtda və ətraf ştatlarda yaşayan soydaşlarımızla yanaşı, Meyn, Nyu-York, Nyu-Cersi və Texas ştatlarında yaşayan azərbaycanlılar da qatılıblar.

Hafta.az xəbər verir ki, görüşdə şairin həyat və yaradıcılığı, şeirlərinin obyekti, müasir Azərbaycan ədəbiyyatı və s. mövzularda müzakirələr aparılıb. Şairin şerlərini öz dilindən eşitmək görüşə xüsusi məna qatıb.

Ramiz Rövşənlə görüş Azərbaycan Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə söhbətləri” proqramı çərçivəsində baş tutub. Proqramın əsas məqsədi ABŞ-da yaşayan azərbaycanlıların ölkəmizin tanınmış incəsənət, mədəniyyət və elm xadimləri ilə görüşlərinin təşkilidir.

Mədəniyyət Mərkəzinin şənbə proqramlarına, eyni zamanda, Vaşinqtondakı Azərbaycan səfirliyi ilə birgə həyata keçirilən azərbaycanlı uşaqlar üçün “Azərbaycan məktəbi” də daxildir.

Oxunma sayı 27