ABŞ özünün Suryadakı aviabazasını bombalayıb

19:59 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Silahlı Qüvvələri öz hərbçilərini çıxardıqdan sonra Suriyanın Əl-Hasaq əyalətində yerləşənhərbi-hava qüvvələrinə aid bazanı bombalayıb. Bu barədə SANA agentliyi məlumat yayıb yayıb.

Agentliyin məlumatına əsasən, ABŞ-ın hərbi təyyarələri üçün uçuş-enmə zolağı ilə təchiz olunmuş Kleyb hərbi bazasına aviazərbələr endirilib.

ABŞ ordusu, həmçinin kürdlər yaşayan Əl-Hasak əyalətində yerləşən hərbi bazanı da tərk etməyə hazırlaşır.