ABŞ polisi gücləndirilmiş iş rejiminə keçdi - dondurma yalayanlara görə

15:43 09.07.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ polisi sosial şəbəkələrdə marketdə dondurmanı yalayıb yerinə qoyduğu videolar sayəsində fenomen olan qız üzündən dondurma növbəsi çəkmək məcburiyyətində qalıb.  

Texasdakı bir marketdə çəkildiyi güman edilən videoda alış veriş edən bir cütlüyün dondurulmuş mallar bölməsinə çatdığı zaman qızın ABŞ-ın ən məşhur dondurma markalarından birini götürüb yalayaraq sonradan yerinə qoyduğu əks olunub.

Az sonra saxlanılan həmin qızın ardınca polis digər dondurma yalayanları yaxalamaq üçün hərəkətə keçib. Sosial şəbəkədə "nə yediyinizə diqqət edin, yalanmış ola bilər" mesajlarıyla qısa zamanda yayılan videonun ardından Texas polisi də bəyanat yayıb. Gələcəkdə bu cür olayların qarşısı tez bir zamanda alınacaq. Bəyanatda deyilir.

İki polis məmurunun dondurma soyuducularının qarşısında növbədə dayandığını göstərən fotolarla polis bu məsələni diqqətdə saxladığını bildirib.