ABŞ Somalidən qoşunlarını çıxarıb

13:18 18.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ hərbi kontingentinin Somalidən çıxarılması prosesi tam başa çatıb.

Bu ölkədə qalan 700-dək hərbçi Cibuti və Keniyadakı bazalara köçürülüb.

Ötən il dekabrın 4-də ABŞ-ın hazırkı prezidenti Donald Tramp qoşunların Somalidən yanvarın ortalarınadək çıxarılması barədə sərəncam vermişdi.

Hazırda ABŞ-ın Afrika ölkələrində 6 min hərbçisi xidmət edir.

Oxunma sayı 209