Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

13:11 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlar müvəqqəti fəaliyyəti dayandırır.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, növbəti həftədən qatarların hərəkəti yenidən bərpa olunacaq:

"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, 6 və 7 iyun (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 8 iyun tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq".

Oxunma sayı 1338
Sosial rubrikasından digər xəbərlər