Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişiklik edilib

20:16 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarların hərəkət cədvəlində dəyişiklik edilib.

Dəyişiklik Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq edilib.

Bu məqsədlə, Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarların sayı azaldılıb. Qatarlar karantin günlərində fəaliyyətini davam etdirmək zərurəti yaranan müəssisələrin əməkdaşlarının işə gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcək. Yeni qrafik aprelin 1-dən karantin müddəti bitənədək qüvvədə olacaq.

Oxunma sayı 159
Sosial rubrikasından digər xəbərlər