İran sui-qəsd iddialarını cəfəngiyyat adlandırır

15:15 18.10.2011
Yazını böyüt
Yazını kiçilt
İran prezidenti Mahmud Əhmədinejat Səudiyyə Ərəbistanının Vaşiqntondakı səfirinə qarşı sui-qəsd cəhdində İranın əli olduğunu inkar edib. Prezident deyib ki, iranlılar sivil bir xalqdır və sui-qəsd kimi əməllər arxasında daldalanacaq bir millət deyil. Dünən İranın ali rühani rəhbəri Ayətullah Əli Xomneyi ABŞ-ın Tehranın Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd cəhdini dəstəklədiyinə dair iddilarını absurd adlandırmışdı. O, ABŞ-ı Amerikada bir neçə iranlıya qarşı əsassız ittihamlar irəli sürməklə İranı təcrid etmək səy göstərməkdə ittiham etmişdi.
ABŞ Dövlət Departamentinin sözçüsü Vaşinqtonun İran rəsmiləri ilə sui-qəsd cəhdi ilə bağlı birbaşa danışıqlar keçirdiyini bildirmişdi. O, görüşün Amerikanın bu kimi əməlləri qəbuledilməz hesab etdiyinə aydınlıq gətirdiyini demişdi.
Dünya ictimaiyyəti İrana qarşı sanksiyaları, xüsusilə də maliyyə və energetika səhələrində sanksiyaları sərtləşdirməlidir. Bu bəyanatla İsrailin xarici işlər naziri, baş nazirin müavini Aviqdor Liberman “İnterfax“ agentliyinə müshibəsində çıxış edib. Libermanın sözlərinə görə, İrana qarşı bu vaxtadək tətbiq edilmiş tədbirlərdən fərqli olaraq bütöv sanksiyalar təbiq olunmalıdır. Bu tədbirlər isə öncə İranın mərkəzi bankının təcrid edilməsi və neft emalı sənayesinə qarşı sanksiyalar olmalıdır. “Bir tərəfdən İrandan neft və qaz almağı dayandırmaq, digər tərəfdən isə İranın neft emalı zavodları üçün istənilən təchizatın satılmasına tam sanksiya qoymaq lazımdır“ - İsrailin xarici işlər naziri belə deyib.

Oxunma sayı 26