Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, sentyabrın 20-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir.
Xırdalan şəhəri ərazisində 2 mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.
Bu istiqamətdə reydlər davam etdirilir.