Abşeronda birmərtəbəli ev yanıb

23:26 17.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Abşeronda yanğın hadisəsi baş verib.
 
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Mehdiabad qəsəbəsində ümumi sahəsi 25 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 15 m² olan talvarın lambirindən ibarət tavanı 3 m² sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunma sayı 683