Abşeronda evdən 22 min manatlıq oğurluq olub

14:39 18.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda evdən 22 min manatlıq oğurluq edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8 515 manat pul, 12 655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb.

Araşdırma aparılır.

Oxunma sayı 254