Açıq havada yerləşən idman meydança və qurğuları əhalinin istifadəsinə verilir

15:08 31.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya İdman komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir.

Hafta.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 23-də növbəti mətbuat konfransında açıq havada idman yarışlarının keçirilməsinin mümkünlüyünü vurğulanmasını əsas götürərək yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, federasiyalar tərəfindən Gənclər və İdman Nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman komplekslərində məşqlərinə icazə verilib.

İdmançıların regionlardakı Olimpiya İdman komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq.

Oxunma sayı 1407