Adamlar ərimiş buzlağın “yas”ına toplaşdı – Günün təzadları

18:40 23.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qlobal istiləşmənin qurbanı olan İsveçrədəki Pitsol buzlağının “yas mərasimi”nə onlarla insan toplaşdı. Hafta.az xəbər verir ki,  Oxu.az-ın “BBC”-yə istinadla yaydığı məlumata görə, son 13 il ərzində Pitsol buzlarının 80 faizi əriyib. “Elmi nəzəriyyədə o, artıq buzlaq deyil”, - İsveçrəli təbiət qoruyucusu Alessandra Degiakomi deyib. Buzlağın “anım mərasimi”nə yerli əhalidən başqa, turistlər və ekologiya cəmiyyətlərinin üzvləri gəliblər. Qara paltar geyinən həvəskarlar 2,7 km məsafəni qət ediblər. Pitsol buzlağı İsveçrənin Avstriya və Lixtenşteyn sərhədlərinə yaxın ərazidə yerləşir.

 

Uşaq anasının cəsədi ilə 5 gün bir evdə yaşadı

Rusiyada baş vermiş dəhşətli olay insanları şoka saldı. Hafta.az Musavat.com-a istinadla məlumat verir ki, Rusiyada 6 yaşlı uşaq evində infarkt keçirərək həyatını itirən anasının cəsədi ilə 5 gün bir evdə yaşayıb. Məlumata görə, hadisə Rusiyanın Başqırdıstan Muxtar Respublikasının Yanaul şəhərində baş verib. Hadisənin detalları tam olaraq bəlli olmasa da, bildirilib ki, sağ olarkən heç kimdən kömək istəyə bilməyən qadın aclıqdan ölüb. Azyaşlının bağça müəllimlərinin ifadələrinə görə, uşağın birdən-birə bağçaya gəlməməyindən şübhələniblər.

 

Mingəçevir sakini həşərat sancmasından şok keçirdi

Mingəçevirin “Energetik” yaşayış massivində şəhər sakini, 1981-ci il təvəllüdlü Rəna Allahverdiyevanı kürək nayihəsindən zəhərli həşərat sancdı. Hafta.az yazır ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə ərazidəki fərdi təsərrüfatlardan birində baş verib. Ciddi narahatlıq keçirən və haqsizlaşan R.Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Həşəratın sancması qadında həm də allergik şok yaradıb.

 

Şəkidə 1 yaşlı körpə vedrəyə düşüb boğuldu

Şəkidə bir yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət aldı.  Hafta.az xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, bazar günü axşam saatlarında rayonun Suçma kənd sakini, 2018-ci il təvəllüdlü Nuranə Nofəl qızı Əhmədova suda boğulma əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Məlumatda bildirlir ki, bir yaşlı körpə yaşadığı ünvanda ehtiyatsızlıqdan içərisində su olan vedrəyə başı aşağı düşüb. Nəticədə N.Əhmədova suda qismən boğulub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən N.Əhmədovaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

 

Mingəçevir su anbarı hövzəsində mərmi tapıldı

Mingəçevir su anbarı hövzəsində çimərlik ərazisində yerli sakinlər tərəfindən mərmi  aşkar edildi. Hafta.az  yazır ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə, sahildə dolaşan azyaşlı uşaqlar suyun çəkildiyi ərazidə naməlum əşya aşkar edib və hətta onunla oynamağa cəhd göstəriblər. Daha sonra onu görən ərazi sakinləri - məcburi köçkünlər onun mərmi olduğunu müəyyən edərək aidiyyəti qurumlara xəbər edib. ANAMA nümayəndələri əraziyə gələrək mərmini təhlükəsiz yerə götürüb.