AFFA aşağı yaş qrupu üzrə liqaları təxirə salıb

18:18 16.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqaların startı təxirə salınıb.

Hafta.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb ölkədə koronavirus pandemiyasının sürətlə yayılması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi məhdudiyyətlərdir.

Assosiasiya liqalarda 2020/21 mövsümünün startını 17-23 oktyabr tarixlərində planlaşdırırdı. Lakin bütün qarşılaşmalar başlamadan təxirə salınıb.

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən, oktyabrın 19-dan bütün təhsil müəssisələri və metropolitenin fəaliyyəti dayandırılacaq.

Oxunma sayı 1384