AFFA-nın hakimləri Naxçıvanda

17:49 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasında hakimlər üçün təlim-məşq toplanışı keçirilir.

Hafta.az-ın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin üzvləri – Anar Salmanov və Ömər Paşayevin rəhbərliyi altında keçirilən, Rüstəm Rüstəmlinin məşqçi kimi fəaliyyət göstərdiyi toplanışda 20-yə yaxın hakim iştirak edir.

Nəzəri və praktiki məşğələlərin keçirildiyi hazırlıq prosesi yanvarın 15-dək davam edəcək.