“Ağ çiçəyim” yanır - YENILƏNİB-VİDEO

10:14 08.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli “Ağ çiçəyim” gül mağazasının mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bu səhər saat 7.00 radələrində Bakı şəhərinin Nizami rayonunda – metronun “Xalqlar dostluğu” stansiyasının çıxışında yerləşən “Ağ çiçəyim” gül mağazasına od düşüb.

Hafta.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın yerinə bir neçə yanğınsöndürmə maşını çağırılıb.

Hadisə barədə məlumat yayan Fövqəladə Hallar Nazirliyi isə bəyan edib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda tikilidə yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən gül mağazasının dam örtüyü yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.