Ağacların kəsilməsinə göstəriş verən müəssisə rəhbəri cərimələnib

14:39 14.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları paytaxtın Xətai rayonunun Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlifcinsli ağacların kəsildiyini aşkarlayıblar.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, araşdırma zamanı ağacların həmin müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi müəyyənləşib.

Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimələnib.

Kəsilmiş ağacların yerinə yenilərinin əkilməsi təmin olunub.

Gündəm rubrikasından digər xəbərlər