Ağcabədi sakinindən 10 kq-dan artıq marixuana götürülüb

15:51 10.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi sakinindən 10 kq-dan artıq marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə. RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmovdan heroin, yaşadığı evdən 10,5 kiloqram marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.