Ağcabədidə mağazada yanğın olub

11:35 13.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunda mağazada yanğın hadisəsi baş verib.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin sayıtna istinadən verdiyi məlumata görə, rayon ərazisində ümumi sahəsi 204 m² olan mağazanın içərisində 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 34 m² sahədə əriyib.

Məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.