“Ağdam əməliyyatı planlaşdırılırdı, biz Ağdamı onsuz da alacaqdıq” - Ali Baş Komandan 

10:48 24.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı”.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, biz Ağdamı onsuz da alacaqdıq: “Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi”.

Oxunma sayı 263