Ağdamlı köçkün musiqiçi müəllimlərin  “Eyvana çıx” konserti

12:54 20.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamlı köçkün musiqiçi müəllimlər  paytaxt rayonunda şəhər sakinlərinə “eyvana çıx” başlığı ilə konsert proqram təşkil edib.

Ağcabədi regional mədəniyyət idarəsi Ağdam Rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı uşaq musiqi məktəbinin direktoru,  Könül Kərimovanın rəhbərliyi ilə Elgiz Əliyev, Könül Xəlilzadə, Natiq Mustafayev, Fatimə Baxışova və Namiq Mustafayev Baki şəhər Nizami rayonunda konsert proqramı təşkil edib. Ağdamlı musiqiçilər öz ifaları ilə hündürmərtəbəli binalarda yaşayan şəhər sakinlərinə bir anlıqda olsa da karantin rejimi dönəmində xoş anlar yaşadıb.

Evdə qal prinsipinə əməl edən bina sakinləridə öz eyvanlarına çıxaraq ifaçıları alqışlarla qarşılayıblar. Qeyd edək ki, ölkəmizdə karantin rejiminin tətbiqi ictimai mədəni fəallığın azalmasına deyil əksinə artımına səbəb olub. Ayrı-ayrı müəssisə və təşkilatlar, ictimai qurumlar fərdi qaydada diqqət çəkən təşəbbüs və davranışları ilə əsl iradə, vətənpərvərlik nümayiş etdirirlər.

Oxunma sayı 433