Ağdaşda qəza - Ölən və xəsarət alan var

20:26 10.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, iyulun 9-da saat 12 radələrində Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində Ağdam rayon sakini Z.Əmirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sərnişinləri, həmyerlisi Ramin Mehralıyev və Mingəçevir şəhər sakini Ə.Quliyev xəstəxanaya yerləşdirilib, R.Mehralıyev orada ölüb.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.