Ağsaqqallar Şurasının sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

11:21 23.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə hafta.az-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Təbrikdə qeyd olunur ki, Ramazan öz fəzilət və bərəkəti ilə bu baharda da könüllərin sultanı oldu. Müsəlman dünyasının ən böyük bayramı olan Ramazan bəşəriyyətin mövcud problemi olan koronavirus pandemiyası dövrünə təsadüf etdi. Dünya müsəlmanları arasında həmrəyliyin təcəssümü olaraq, öz gəlişi ilə qəlbləri rifahlandıran Ramazan insanları saflığa, şəfqət və mərhəmətə səsləyir.

“Mövcud durumla əlaqədar dövlətimiz əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bizim də borcumuzdur ki, qoyulan qaydalara əməl edək. Koronavirus pandemiyası ilə əlaqədar bayram namazı və iftar süfrələri üçün insanların bir araya gəlməsi və kütləvi toplaşması indiki halda yolverilməzdir. Ona görə də biz virtual olaraq, məsafə gözləyərək bayramlaşırıq.

Əziz həmvətənlər!

Mən öz adımdan və rəhbəri olduğum Azərbaycan Ağsaqqalları Şurasının bütün üzvləri adından Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza sağlam həyat və bol ruzi arzulayıram! Bayramınız mübarək olsun!”, - deyə təbrikdə vurğulanır.

Sosial rubrikasından digər xəbərlər