Ağstafa sakinindən 6 kq narkotik götürülüb 

14:39 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa sakini narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sadıqlı kənd sakini S.Namazovun kənd ərazisində yaşayış olmayan tikilidə saxladığı 6 kiloqram 205 qram heroin aşkar edilərək götürülüb.

Oxunma sayı 218