Agsuda silsilə oğurluqlar edən şəxs saxlanıldı

23:50 31.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğurluqda şübhəli bilinən Ağsu şəhər sakini T.Rəhimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rəhimov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 5 evdən ümumilikdə 2720 manat və 5000 rubl (135manat), 4850 manat dəyərində qızıl və gümüş əşyalar, habelə 2 ədəd qol saatı oğurlaması da müəyyən edilib.