Ahmet Kural da evlənir

21:46 23.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin məşhur aktyoru Ahmet Kuralın toy tarixi məlum olub.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, vəkil sevgilisi Çağla Gizem Çeliklə münasibətini rəsmiləşdirmək qərarına gəlib.

Komediya aktyoru gələn ay Çağla üçün elçiliyə gedəcək. Ahmet Türkiyə toy adət-ənənələrinə uyğun bir addım atacaq.

Toy mərasiminin isə yay aylarında baş tutacağı planlaşdırılıb.

Qeyd edək ki, aktyorun qalmaqallı şəkildə ayrıldığı keçmiş sevgilisi Sıla bu ayın əvvəlində aşpaz Hazer Amani ilə nikah bağlayıb.

Oxunma sayı 323