Allahşükür Çeçenistanda səfərdədir

13:00 23.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 23-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfərə yola düşüb.

İdarədən hafta.az-a bildirilib ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının daxil olduğu Azərbaycandan Qroznıya səfər edən nümayəndə heyətimiz burada Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimlərdə iştirak edəcək. Çeçenistanda keçiriləcək tədbirlər sırasında Ramzan Kadırovun adını daşıyacaq yeni məscid binasının açılışı baş tutacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə avqust 22-də Bakı şəhərində keçirilmiş "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı Konfransda iştirak etmiş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Useymin də Azərbaycan nümayəndə heyəti ilə bərabər Qroznıya səfərdə iştirak edir.