“Azərsu“ “Qaynar Xətt“in nömrəsini dəyişdi

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Azərsu“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Qaynar Xətt“ xidmətində istifadə olunan 961 nömrəsi oktyabrın 12-dən 955 nömrəsi ilə əvəz edilib. “Telekommunikasiya haqqında“ qanuna, “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları“na, ölkədə nömrələnmə planına uyğun olaraq 961 nömrəsi “Azərsu“nun müraciəti əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən geri alınıb və əvəzində yeni 955 nömrəsi ayrılıb. Bu barədə adıçəkilən qurumdan məlumat verilib. Bildirilib ki, bundan sonra Bakı şəhərinin və Abşeron rayonunun sabit telefon şəbəkəsi abunəçiləri 955, bölgələrdəki sabit telefon abunəçiləri, eləcə də mobil telefon istifadəçiləri 012955 nömrəsini yığaraq “Qaynar Xətt“ xidmətindən istifadə edə bilərlər. “Azərsu“ əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 24 saat işləyən 955 nömrəsinə zəng edib “Qaynar Xətt“ə məlumat versinlər.
Təbriz Vəfalı