Alman futbolçu yeni rekord müəyyənləşdirdi

16:18 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya millisinin futbolçusu Serj Qnabri yeni rekord müəyyənləşdirib.

O, buna Argentina ilə yoldaşlıq görüşündə nail olub.

Matçda hesabı açan 24 yaşlı vinger yığmada keçirdiyi ilk 11 oyunda qollarının sayını 10-a çatdırıb. Qnabri bununla Miroslav Klozeyə məxsus uğurlu start rekordunu yeniləyib. Belə ki, Kloze millidə ilk 13 oyunda 10 qol vura bilmişdi.

Qeyd edək ki, Almaniya - Argentina matçı 2:2 hesabı ilə başa çatıb.