Alman turist Şamaxıda motosiklet qəzasına düşdü, qolu qırıldı

18:41 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxıda turist qəzaya düşdü.

Hadisə rayonda fəaliyyət göstərən istirahət məkanlarının birində qeydə alınıb.

Turist, Almaniya vətəndaşı, 1996-cı il təvəllüdlü Felix Antonius motosikletlə hərəkətdə olan zaman anidən idarəetməni itirib ve aşıb.

O, yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdilirib.

Cərrahiyyə şöbəsinə yerləşdirilən F.Antoniusun sol qolunun sınığı, sol baldır və ayaq nahiyəsinin əzilmiş yaraları diaqnozu qoyulub. Həkimlər xəstənin vəziyyətini qənaətbəxş hesab edir.

Faktla bağlı araşdırma aparılır.