Almaniya saytı Ermənistanın hərbi təxribatlarından bəhs edən məqalə yayıb

16:53 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın “freitag.de” portalında Asif Məsimovun müəllifi olduğu “Azərbaycanda müharibə: Ermənistan qoşunları geri çəkilməlidir” sərlövhəli məqalə dərc olunub.

Hafta.az xəbər verir ki, məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribat həyata keçirdiyi bildirilir. Təmas xəttində hərbi əməliyyatların aktivləşməsində Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar etdiyi təxribatçı hərəkətlərin də böyük rol oynadığı bildirilir. Qeyd olunur ki, Nikol Paşinyan hakimiyyətə gələndən etibarən mütəmadi şəkildə Bakının qəzəbinə səbəb olan hərəkətlər edib. O, “Dağlıq Qarabağ Ermənistandır” deyib. İşğalçı ölkənin müdafiə naziri isə “yeni ərazilər üçün yeni müharibə” doktrinasını irəli sürüb, habelə Paşinyanın xanımı Dağlıq Qarabağda hərbi təlimlərdə iştirak edərək əlində silah şəkil çəkdirərək onu nümayişkaranə şəkildə paylaşıb.

Məqalədə Rusiyanın, Almaniyanın, Fransanın və Avropa İttifaqının tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırdığı qeyd olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın münaqişə ilə bağlı həqiqətin yanında olduğu və ədalətli mövqe tutduğu vurğulanır.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar addımlarına son qoyulmasını tələb etməyi gözləyir.

Oxunma sayı 702
Siyasət rubrikasından digər xəbərlər